Modern.az

“Mədəni irs haqqında” qanun layihəsi HAZIRLANACAQ

“Mədəni irs haqqında” qanun layihəsi HAZIRLANACAQ

Parlament

28 Fevral 2023, 11:10

“Mədəni irs haqqında” qanun layihəsi hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini icra edən Adil Kərimli bildirib.

 

Onun sözlərinə görə, “Mədəni irs haqqında” qanun layihəsi qeyri-maddi irsi də əhatə edəcək.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə deyib ki, bununla bağlı komitədə işlər aparılacaq: “İşçi qrupu yaradılacaq, qanun layihəsi haqqında işlər aparılacaq. İşçi qrupunun rəhbəri komitənin üzvü Fazil Mustafa olacaq, üzvlər sırasında isə Cavanşir Feyziyev də yer alacaq. Nazirliyin əməkdaşlarından da işçi qrupuna cəlb edilənlər olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir