Modern.az

İran təhdid etdi, ordumuz gücünü göstərdi - Modern.az-ın icmalı

İran təhdid etdi, ordumuz gücünü göstərdi - Modern.az-ın icmalı

Aktual

31 Mart 2023, 09:40

Martın 30-u ordumuzun bir sıra strateji yüksəkliklərə nəzarəti bərpa etməsi, İranın Azərbaycana qarşı təhdidləri, Müdafiə Nazirliyinin ona cavabı, Su Ehtiyatları Agentliyinin yaradılması barədə sərəncamın imzalanması və digər mövzular gündəmdə olub.

 

Modern.az dünənin icmalını təqdim edir:

 

Müdafiə Nazirliyinin məlumatına görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

 

Dünən İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib. K.Heydəri Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. Müdafiə Nazirliyi cavab açıqlamasında bildirib ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyil. Nazirlik qeyd edib ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.

 

Ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

 

Dünən həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası olub. Parlamentdə “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda müzakirələr aparılıb. Komitə sədri Fəzail İbrahimli bildirib ki, dinin mahiyyəti anlaşılmırsa, orada yalnız xurafat ola bilər. “İlk növbədə dini savadlılıq olmalıdır ki, xurafatın qarşısı vaxtında alına bilsin. Savadlılıq olmayanda təhlükəli hallar yaşanır. Vaxtilə təhsilin pullu olması kadr məsələsində problem yaradıb, buna görə xaricdə dini təhsilə yönələnlərin sayı çox olub. Xaricdə təhsil alanlar da getdikləri ölkələrin mənsəbini bura gətirməyə çalışıblar. Ona görə də ciddi problem yaranıb”,- deyə komitə sədri vurğulayıb.

 

Bundan başqa, martın 30-da "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun rəhbərlik etdiyi Milli Vəhdət Partiyası (MVP) fəaliyyətini dayandırıb. Bununla da mart ayında Azərbaycanda fəaliyyətini dayandıran partiyaların sayı 6-ya çatıb. 

 

Martın 30-da xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin Prezidenti İshak Hersoq tərəfindən qəbul edilib. Görüşdə, Azərbaycan ilə İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub. Daha sonra Ceyhun Bayramov Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb

 

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub. Həmsöhbətlər Laçın dəhlizi ətrafındakı situasiya ilə bağlı məsələləri müzakirə ediblər.

 

Dünən yayılan məlumata görə, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq. Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenidən təşkil olunması nəzərdə tutulur.

 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı müttəfiq dövlətləri Ukraynaya F-16 verməyə çağırıb. O, Hərbi Hava Qüvvələrinin köhnəlmiş sovet texnikasında döyüşməsinin çətin olduğunu bildirib və bu barədə video yayımlayıb. Rusiya Macarıstanı “dost olmayan ölkələr” siyahısına daxil edib. Diplomatlardan birinin sözlərinə görə, buna səbəb Macarıstanın Avropa İttifaqının bütün anti-Rusiya sanksiya paketlərini imzalamasıdır. Yaponiya isə Ukraynaya 470 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırıb. Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırış haqqında sərəncam imzalayıb. Sərəncamla aprelin 1-dən iyulun 15-dək 147 min nəfər hərbi xidmətə çağırılacaq.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Zəlzələdə 47 qohumunu itirdi – “Evinə gedəcəyim kimsə qalmayıb”

Nərminin qətli ilə bağlı ekspertiza rəyində ziddiyyətlər aşkarlandı

Xaricdən köhnə maşın gətirmək istəyənlərin nəzərinə - Vaxt açıqlandı

Ukraynada Rusiya kəşfiyyatı: İşgəncələr, həbslər, axtarışlar...

Bir şəklin tarixçəsi - Beş prezidentlə işləmiş köməkçi - Güllələnmiş MƏMUR

Ordumuzdan strateji həmlə - Separatçıların “əl-qolu” bağlandı

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

Ermənilər görüşdən qaçır - Bakının cavabı ağır olacaq

Yeni agentliyin sədri kimdir? - DOSYE

Putinin həbs ssenarisi gerçəkləşə bilərmi? - O getsə, nələr dəyişər...

Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı danışdı

Rusiya ərzaq verib silah almaq istəyir

Şimalın ifşa olunan planı: Rusiya Fərhad Əhmədovu həbs edəcəkmi?

Azərbaycan daha bir ölkəyə qaz SATACAQ 

Məktəbləri təhlükədən necə qoruyaq - TƏKLİFLƏR

Ərdoğan Putinlə son dəfə görüşəcək? - ŞƏRH

Dünya mətbuatı Fazil Mustafa haqda nə yazır – İzlər İrana aparır…

Fazil Mustafanın partiyası: Sui-qəsd siyasi səbəblərlə icra edilib

Berdımuhəmmədovun şərəfinə şəhər salınacaq - Arkadağ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi