Modern.az

Zəlzələdə 47 qohumunu itirdi – “Evinə gedəcəyim kimsə qalmayıb”

Zəlzələdə 47 qohumunu itirdi – “Evinə gedəcəyim kimsə qalmayıb”

30 Mart 2023, 15:00

Türkiyədə İbrahim Ezici adlı vətəndaş ölkədə baş vermiş dağıdıcı zəlzələ zamanı 47 qohumunu itirib.

 

Modern.az xəbər verir ki, əslən Adıyamandan olan İbrahim zəlzələdən 5 gün əvvəl Malatya şəhərinə köçüb. Onun yeni ümidlərlə köçdüyü şəhərdə böyük faciə ilə qarşılaşıb. 

 

"Mən əslən adıyamanlıyam. Bütün itkilərimi burada vermişəm. Dostlarım və qohumlarımı itirdim. Zəlzələdə 47 yaxınımı itirdim. Uşaqlıq dostlarımı, xalamı, onun uşaqları, nəvələri, əmiuşaqları, ikinci dərəcəli qohumlarımı itirdim. İtkilərim saymaqla bitmir. Bütün qohumlarımı zəlzələdə qurban vermişəm. Bu gün Adıyamana qayıtsam, evinə gedə biləcəyi kimsəm qalmayıb. Ora getsəm, ancaq anamın, atamın, qardaşımın məzarını ziyarət edə bilərəm", - deyə İbrahim Ezici vurğulayıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü