Modern.az

Berdımuhəmmədovun şərəfinə şəhər salınacaq - Arkadağ

Berdımuhəmmədovun şərəfinə şəhər salınacaq - Arkadağ

30 Mart 2023, 17:18

Türkmənistanda Arkadağ adlı yeni şəhər salınacaq.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, şəhər Ahal vəlayətinin yeni inzibati mərkəzi statusu daşıyacaq.

 

Ölkənin sabiq prezidenti və hazırkı parlament sədri olan Qurbanqulu Berdımuhəmmədovun titulu şərəfinə adlanacaq yeni şəhər paytaxt Aşqabaddan 30 kilometr aralıda yerlə.əcək. Arxadağın əhalisi təxminən 73 min nəfər olmalıdır.

 

"Arkadağ şəhərinin tikintisinin birinci mərhələsi 3.3 milyard dollara başa gəlir", - deyə onun tikintisinə cavabdeh olan dövlət komitəsinin rəhbəri Dəryagəldi Orazov bildirib.

 

"Bizim hesab edirik ki, ikinci mərhələ təxminən 1.5 milyard dollara başa gələcək", - deyə o əlavə edib.

 

Qeyd edək ki, Dünya Bankının məlumatına görə, Türkmənistanın ÜDM-i təxminən 45 milyard dollar təşkil edir ki, bunun da böyük hissəsi ölkənin böyük təbii qaz böyük ehtiyatları hesabına formalaşır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi