Modern.az

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq

İqtisadiyyat

30 Mart 2023, 13:12

Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov tvitter hesabında yazıb.

 

Bununla bağlı Budapeştdə P.Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında görüş keçirilib

 

"Əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik. Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq", - nazir bildirib.

 

Qeyd edək ki, Azərbaycan və Türkiyə qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu