Modern.az

Rusiya ərzaq verib silah almaq istəyir 

Rusiya ərzaq verib silah almaq istəyir 

31 Mart 2023, 00:27

Rusiya ərzaq yardımı müqabilində Şimali Koreyadan sursat almaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

 

“Biz Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini davam etdirəcəyindən narahatıq.

 

Biz həmçinin bilirik ki, Rusiya Şimali Koreyaya nümayəndə heyəti göndərmək və döyüş sursatları üçün ərzaq yardımı təklif etmək niyyətindədir”, - Kirbi əlavə edib.

 

O, belə bir razılaşmanın hər iki ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalara zidd olduğunu vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır