Modern.az

Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı danışdı

Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı danışdı

Aktual

30 Mart 2023, 09:30

Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir.

 

Bu barədə Modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.

 

“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib", - deyə deputatın xanımı bildirib.

 

Onun sözlərinə görə, F.Mustafanın müalicəsi həkim nəzarətində davam edir.

 

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi