Modern.az

Yeni agentliyin sədri kimdir? - DOSYE

Yeni agentliyin sədri kimdir? - DOSYE

30 Mart 2023, 15:22

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

 

Modern.az xəbər verir ki, Zaur Mikayılov bu təyinatadək “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri olub.

 

Yeni sədr daha əvvəl “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru vəzifəsində çalışıb. 2018-ci ilin noyabr ayında bu vəzifəyə təyin olunan Z.Mikayılov 2021-ci ilin yanvarında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri postuna təyinat alıb.

 

O, 2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb. Daha sonra “PASHA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

 

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsində işləyib. Adıçəkilən şirkət “PASHA Holding”in strukturuna daxildir.

 

Qeyd edək ki, Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Bu xəbər ilə bağlı
Yeni yaradılan Agentliyə sədr təyin edildi - SƏRƏNCAM
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir