Modern.az

Dini təhsilin pullu olması ciddi problemlər yaradıb 

Dini təhsilin pullu olması ciddi problemlər yaradıb 

30 Mart 2023, 16:59

Dinin mahiyyəti anlaşılmırsa, orada yalnız xurafat ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı toplantıda komitə sədri Fəzail İbrahimli bildirib. 

 

“İlk növbədə dini savadlılıq olmalıdır ki, xürafatın qarşısı vaxtında alına bilsin. Savadlılıq olmayanda təhlükəli hallar yaşanır. Vaxtilə təhsilin pullu olması kadr məsələsində problem yaradıb, buna görə xaricdə dini təhsilə yönələnlərin sayı çox olub. Xaricdə təhsil alanlar da getdikləri ölkələrin mənsəbini bura gətirməyə çalışıblar. Ona görə də ciddi problem yaranıb”,- deyə komitə sədri vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?