Modern.az

Azərbaycan daha bir ölkəyə qaz SATACAQ 

Azərbaycan daha bir ölkəyə qaz SATACAQ 

30 Mart 2023, 21:20

Macarıstan Azərbaycandan təbii qazın idxalına başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.

 

Budapeştdə Türk Dövlətləri Təşkilatı ölkələrinin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Siyerto qeyd edib ki, ölkəsi gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün saziş imzalamağı planlaşdırır.

 

Bildirilib ki, bu ilin sonunadək Macarıstan Azərbaycan qazının idxalına başlayacaq. Budapeşt ölkəmizdən 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır