Modern.az

Azərbaycanda daha bir partiya fəaliyyətini DAYANDIRDI

Azərbaycanda daha bir partiya fəaliyyətini DAYANDIRDI

30 Mart 2023, 14:57

Azərbaycan Xalq Cəbhəsinin fəallarından biri, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuzun rəhbərlik etdiyi Milli Vəhdət Partiyası (MVP) fəaliyyətini dayandırıb.

 

Modern.az xəbər verir ki, partiya yaydığı bəyanatda ölkənin qanunvericiliyinə uyğun siyasi müstəvidə ideoloji hədəflərinə nail olduğunu bildirir və siyasi partiya olaraq öz fəaliyyətinə son qoyduğunu bəyan edir.

 

Partiya 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Növbəti il partiyanın sədri Yunus Oğuzun prezident seçkilərində namizədliyi irəli sürülüb, lakin sonradan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyinin geri götürməsi barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, mart ayında Azərbaycanda 5 siyasi partiya fəaliyyətini dayandırıb. Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul edib.

Bu xəbər ilə bağlı
Azərbaycanda bir ayda 5 partiya fəaliyyətini DAYANDIRIB
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir