Modern.az

Qırmızı Xaç müraciətimə cavab vermir - Hüseynin anası

Qırmızı Xaç müraciətimə cavab vermir - Hüseynin anası

Ölkə

14 Aprel 2023, 11:00

Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsəm də, oğlumla bağlı mənə məlumat vermirlər. 

 

Bunu Modern.az-a açıqlamasında Ermənistanda işgəncələrə məruz qalan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.

 

 "3-4 gündür ki, Qırmızı Xaç Komitəsinə müraciət etmişəm. Cavab vermirlər. Bildirirəm ki, mən oğlumun səsini eşitmək istəyirəm, heç olmasa bir dəfə onunla danışım, ürəyimiz rahat olsun. Oğlumun videolarını görəndən sonra özümə gələ bilmirəm. Mənə oğlumu qaytarsınlar”, - deyə əsir düşən əsgərin anası vurğulayıb.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var