Modern.az

Yalandan yazırlar ki, oğlum qaytarılıb... - Hüseynin anasından MÜRACİƏT

Yalandan yazırlar ki, oğlum qaytarılıb... - Hüseynin anasından MÜRACİƏT

15 Aprel 2023, 13:07

Bir neçə gün əvvəl Ermənistanda əsir götürülərək işgəncələrə məruz qalan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova sosial şəbəkə istifadəçilərinə müraciət edib.

 

Modern.az-ın əməkdaşı ilə telefon əlaqəsi saxlayan əsgər anası sosial şəbəkələrdə övladı ilə bağlı yalan məlumatlar yayıldığını bildirib.

 

Onun sözlərinə görə, "TikTok" və digər sosial şəbəkələrdə Hüseynin Azərbaycana qaytarılması haqda saxta xəbərlər yayılıb.

 

"Xahiş edirəm, yalan xəbər yaymasınlar. Ürəyim tab gətirmir daha. Şad xəbər deyirlər, sonra məlum olur ki, yalandır. Etməyin belə, bizə yazığınız gəlsin", - deyə Ş.Axundova söyləyib.

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Bu yaxınlarda sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok