Modern.az

Bayram namazının vaxtı AÇIQLANDI

Bayram namazının vaxtı AÇIQLANDI

Ölkə

17 Aprel 2023, 15:50

Azərbaycanda Ramazan bayramı namazının nə vaxt qılınacağı açıqlanıb.

 

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanlar İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

 

Qurum rəsmisinin sözlərinə görə, bayram namazı aprelin 21-i saat 09:00-da Təzəpir məscidində qılınacaq.

 

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 9-u (Ramazanın 18-ci günü), 11-i (Ramazanın 20-ci günü), 13-ü (Ramazanın 12-ci günü) və 17-də (Ramazanın 26-cı günü) Qədr (Əhya) gecələri olub. Aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı olacaq. Bayramla əlaqədar 4 gün - aprelin 21, 22, 23 və 24-də qeyri-iş günləri olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok