Modern.az

İrəvandan gələn məktub, generalla bağlı şok faktlar üzə çıxdı – Modern.az-ın icmalı

İrəvandan gələn məktub, generalla bağlı şok faktlar üzə çıxdı – Modern.az-ın icmalı

Aktual

28 Aprel 2023, 10:06

Aprelin 27-də Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, ölkəmizdə Türkiyə pilotsuz uçuş aparatlarının istehsalına dair müqavilənin imzalanması, Ərdoğan və Putinin Türkiyədə "Akkuyu" atom elektrik stansiyasına nüvə yanacağının yüklənməsi mərasimində iştirak etməsi və digər mövzular gündəmdə olub.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Prezident İlham Əliyev aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib. Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd edib. Kolonna isə deyib ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.

 

Daha sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnan arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında əlaqələr və regionda cərəyan edən proseslərlə bağlı fikir mübadiləsi aparılıb. XİN başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər

 

Ceyhun Bayramov deyib ki, Azərbaycan Fransa ilə əlaqələrə diqqət yetirir. Kolonna azərbaycanlı həmkarı Ceyhun Bayramovu Fransaya səfərə dəvət edib. Fransa XİN başçısı qeyd edib ki, tərəflər arasında sülh yalnız danışıqlar yolu ilə olmalıdır. "Mənə elə gəlir ki, sülh üçün şans var. Tərəflər arasında toqquşmaların qarşısı alınmalıdır",- deyə fransalı nazir vurğulayıb.

 

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə səfər edib. Səfər zamanı o, türkiyəli həmkarı Mustafa Şentopla görüşüb. Görüşdən sonra Azərbaycan və Türkiyə arasında “Əməkdaşlıq Protokolu” imzalanıb.

 

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan səfiri Polad Bülbüloğlu və Ermənistan səfiri Vağarşak Harutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib. Görüş zamanı Laçın yolunda və Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. Bundan əlavə, üçtərəfli razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Laçın yolundakı vəziyyət barədə açıqlama verib. O qeyd edib ki, İrəvan da Laçın yolu ətrafında vəziyyətin həlli üzrə məqbul variantların axtarışına öz töhfəsini verməlidir. Rusiya XİN rəsmisi ölkəsinin vəziyyətin üçtərəfli razılaşmalar məcrasına qaytarılması üzrə iş apardığını əlavə edib. Zaxarova, həmçinin bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə dair razılaşma var.

 

Azərbaycanın müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov və müdafiə nazirinin müavini Aqil Qurbanov Türkiyəyə gediblər. Onlar Türkiyədə “TEKNOFEST-2023” çərçivəsində keçirilən yüksək texnologiyalar sərgisində iştirak ediblər. Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb. Saziş “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov tərəfindən imzalanıb.

 

Bundan əlavə, Azərbaycanda daha bir partiya fəaliyyətinə son verib. Vahid Azərbaycan Milli Birlik Partiyası özünü buraxması barədə bəyanat yayıb. Fəaliyyətinə son verən partiyaların sayı 16-ya çatıb.

 

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyada indiyədək ümumilikdə 1700-dən çox müraciətə baxış keçirilib. Bununla da Əfv Komissiyasının iclasları yekunlaşır. Lakin daha bir iclasın keçirilməsi istisna olunmur.

 

Azərbaycan Respublikasında elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Urxan Kazım oğlu Ələkbərov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorudur. Aprelin 28-də onun 80 yaşı tamam olur.

 

Dünəndən xaricdə yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsverməsi başlayıb. Türkiyə Ali Seçki Komissiyasının (YSK) qərarına əsasən, ötən gün Ankara vaxtı ilə saat 08:00-da Türkiyənin 75 xarici ölkədəki diplomatik nümayəndəliklərində 156 seçki məntəqəsi fəaliyyətə başlayıb.

 

Rusiya qüvvələri Ukraynanın Nikolayiv regionuna zərbələr endirib. Hadisə nəticəsində 1 nəfər həyatını itirib. Daha 23 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans rejimində “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağının yüklənməsi mərasimində iştirak ediblər. Bununla “Akkuyu AES atom elektrik energetikası obyekti statusu alıb.

 

İtaliyanın “La Repubblica” qəzetində işləyən ukraynalı jurnalist Boqdan Bitik Rusiya ordusunun snayperi tərəfindən öldürülüb. Hadisə Xerson vilayətində baş verib. Qəzet bildirib ki, iki jurnalist Rusiya ordusu tərəfindən pusquya salınıb, nəticədə Bitik həlak olub, italyan müxbir Corrado Zunino isə yaralanıb.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Sülhməramlıların yeni komandanı 20 Yanvar qətliamında iştirak edib? - SENSASİYA

Anam, gözlə məni, gələcəyəm... - Əsir hərbçimizin İrəvandan göndərdiyi MƏKTUB

Ağır durumdayıq - Qriqoryandan etiraf 

Sərhəd Rusiya və Gürcüstanla necədirsə, Ermənistanla da elə olacaq – Məmmədyarov 

Oğlumun xəttini tanıyıram, məktubu o yazmayıb - Əsirlikdə olan Aqşinin anası

Azərbaycan vətəndaşları Ərdoğanın qalib gəlməsini istəyir - SORĞU 

Lentsov Qarabağda çox qala bilməyəcək - Rusiya rəsmiləri narazıdır

Mənim üçün İsa Qəmbərin fikri önəmlidir, oğlunun yox – Pənah Hüseyn

Laçın yolu bundan sonra da açıq olacaq - RƏSMİ

İsa Həbibbəylinin nəvəsi ali məktəbə imtahansız qəbul olunub? - AÇIQLAMA 

Fransa XİN başçısından Azərbaycana TƏKLİF

İki polisin öldüyü qəza ilə bağlı yeni DETALLAR  

Ata zəlzələdən sağ çıxan qızını güllələdi, sonra intihar etdi

Oqtay Əsədovun qardaşının ölkədən çıxışına “STOP” qoyuldu

TEKNOFEST sərgisi açıldı - FOTOLAR

İrəvanda “xatirəsinə” abidə qoyulan “Nemezis” əməliyyatı - ARAŞDIRMA

İrəvan imtina edir, Bakı təzyiqi artırır - Qarabağ erməniləri seçim qarşısında

Twitter
Sizə yeni tvit var
Keçid et