Modern.az

Ərdoğan və Putin “Akkuyu” mərasimində - FOTOLAR

Ərdoğan və Putin “Akkuyu” mərasimində - FOTOLAR

Aktual

27 Aprel 2023, 17:30

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans rejimində “Akkuyu” AES-in birinci enerji blokuna nüvə yanacağının yüklənməsi mərasimində iştirak ediblər.

 

Modern.az xəbər verir ki, bununla “Akkuyu AES atom elektrik energetikası obyekti statusu alıb.

 

Türkiyənin ilk AES-i olan “Akkuyu”nun tikintisi layihəsi “Akkuuyu Nuclear” kompaniyası tərəfindən 2010-cu ilin mayında Türkiyə və Rusiya arasında imzalanmış müvafiq sazişə əsasən həyata keçirilir. Bu obyektin istifadəyə verilməsindən sonra ildə 36 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu, Ankara və Moskvanın ən iri birgə layihəsidir.

 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin "Akkuyu" atom elektrik stansiyasına nüvə yanacağının yüklənməsi mərasimində iştirak edirlər.

 

Modern.az xəbər verir ki, dövlət başçıları mərasimə videokonfransla qoşulublar.

 

Tədbirdə Beynəlxalq Atom Elektrik Agentliyinin rəhbəri Rafael Qrossi də iştirak edir. 

 

Mərasimdən əvvəl Ərdoğan və Putin telefon danışığı aparıb.

 

1238191

1238190

Twitter
Sizə yeni tvit var
Keçid et