Modern.az

Son sutkada 62 nəfərə vaksin vurulub

Son sutkada 62 nəfərə vaksin vurulub

Aktual

8 İyun 2023, 14:46

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, üç və daha çox doza vaksin vurduranların sayı 19, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 966 025, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 634, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 189, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 245 təşkil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et