Modern.az

Ukrayna səfiri: Yardıma görə sizə minnətdarıq

Ukrayna səfiri: Yardıma görə sizə minnətdarıq

Aktual

9 İyun 2023, 17:34

"Dost Azərbaycan xalqına növbəti dəfə qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyi və yardımı hiss etdiyimizə görə çox minnətdarıq".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

 

"Bu gün bu yardım Bakıdan Ukraynaya, oradan isə fəlakət zonasına çatdırılacaq. Bu, bizə çox lazım olan yardımdır. Bundan başqa, Azərbaycan tərəfi 20 ton yanacaq ayırıb ki, bu da xilasetmə əməliyyatlarında iştirak edən nəqliyyat vasitələri üçün çatdırılacaq", - səfir bildirib.

 

Qeyd edək ki, Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Humanitar yüklə təyyarə ilə Bakıdan Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Bu xəbər ilə bağlı
Azərbaycan Kaxovka fəlakət bölgəsinə yardım göndərdi
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et