Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsi üzvlərin reyestrini təsdiq edərək, siyahını Ədliyyə Nazirliyinə göndərib.
Modern.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bu gün 5118 nəfərlik siyahı nazirliyə çatdırılıb: “Qanuna əsasən, 30 gün ərzində, yəni iyulun 12-dək nazirlik bizə cavab verəcək”.