Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-a bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb.
Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb.