Modern.az

Bir yoluxma, bir ölüm - Günün statistikası

Bir yoluxma, bir ölüm - Günün statistikası

Aktual

13 İyun 2023, 16:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 584 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 17 nəfərdir.

 

Son sutka ərzində 1 145, hazırkı dövrədək isə 7 633 559 test aparılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et