Modern.az

Əli Əliyev işdən çıxarıldı

Əli Əliyev işdən çıxarıldı

Aktual

17 İyun 2023, 11:57

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

 

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et