Modern.az

“AzerGold”: Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur

“AzerGold”: Gədəbəydəki məsələ ilə heç bir bağlılığımız yoxdur

Aktual

21 İyun 2023, 12:46

Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı bəyan etmək istərdik ki, sözügedən məsələ ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin heç bir bağlılığı yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə “AzerGold” QSC-dən bildirilib.

 

"Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsi ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti tərəfindən həyata keçirilir", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et