Modern.az

Azərbaycan və Türkiyənin DİN başçıları danışıqlar apardı 

Azərbaycan və Türkiyənin DİN başçıları danışıqlar apardı 

Aktual

22 İyun 2023, 22:43

Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "Twitter" hesabında yazıb.

 

"Jandarm Qüvvələri Komandanı ordu generalı Arif Çətinlə dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.

 

Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et