Cari ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.
Modern.az bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan göstərici 2022-ci ilin müvafiq dövrünə nisbətən 9900 nəfər və ya 14,7 % azdır. Ümumilikdə azərbaycanlılar Türkiyəyə səfər edən əcnəbilərin 1,29 %-ni təşkil edir.
Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşları səfər edib.