Modern.az

Ukrayna 12 ölkənin imzaladığı sazişə qoşulmaq istəyir

Ukrayna 12 ölkənin imzaladığı sazişə qoşulmaq istəyir

Aktual

7 İyul 2023, 08:49

Ukrayna Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə (CPPTA) qoşulmaq üçün müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi bərpa naziri Şiqeyuki Qoto bildirib.

 

“Ukrayna tərəfdaşlığa qoşulmaq üçün müraciət edib. Ehtimal olunur ki, müraciətə iyulun 16-da Yeni Zelandiyada keçiriləcək assosiasiyaya aid ölkələrin nazirlərinin görüşündə baxılacaq”, - açıqlamada deyilir.

 

Xatırladaq ki, Trans-Sakit Okean Tərəfdaşlığı üzrə ilkin razılaşma yeddi illik danışıqlardan sonra 2016-cı il fevralın 6-da Yeni Zelandiyada bağlanıb. Sənədi 12 dövlətin - Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, ABŞ, Çili və Yaponiyanın nümayəndələri imzalayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et