Modern.az

Temperatur enəcək, yağış, dolu, sel... - Sabahın havası

Temperatur enəcək, yağış, dolu, sel... - Sabahın havası

Aktual

10 İyul 2023, 13:34

Bakıda və Abşeron yarımadasında iyulun 11-də havanın dəyişkən buludlu olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, hava əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti olacaq.

 

Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et