Modern.az

Bu il cinayətlərin 90 faizinin üstü açılıb - Nazir müavini

Bu il cinayətlərin 90 faizinin üstü açılıb - Nazir müavini

Aktual

10 İyul 2023, 17:50

"Bu ilin ilk 6 ayında kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90 faizinin, o cümlədən “isti izlər”lə 1605 cinayətin açılıb".

 

Modern.az-ın məlumatına görə, bu barədə DİN-də keçirilən kollegiya iclasında birinci müavini polis general-leytenantı Seyfulla Əzimov bildirib.

 

O, 4 587 hüquqazidd əməlin qarşısının alındığını, axtarışda olan 3 291 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 79,4 faizinin ödətdirildiyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et