Modern.az

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

Aktual

19 İyul 2023, 19:09

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Daxili İşlər Nazirliyi (DİN) narkotiklə bağlı birgə əməliyyat keçirib.

 

Modern.az xəbər verir ki, birgə əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et