Modern.az

Biləsuvarda qaz kəsiləcək

Biləsuvarda qaz kəsiləcək

Aktual

20 İyul 2023, 11:00

Sabah Biləsuvar rayonunun mərkəzində və 4 kəndində təbii qazın verilişində fasilə yaranacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti məlumat paylaşıb.

 

Məlumata görə, Biləsuvar Qaz Paylayıcı Şəbəkəsindən qidalanan 5 yaşayış məntəqəsində (Biləsuvar şəhəri, Xırmandlı, Bəydili, Muğan və Yuxarı Ağalı kəndlərinin bir hissəsində) 2 150 abonenti təbii qazla təmin edən ortaq təzyiqli, yeraltı qaz xəttinin təbii qazla kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər başa çatana qədər təbii qazın verilişi dayandırılacaq.

 

"Abonentlərdən xahiş edirik ki, qeyd olunan ərazilərdə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər", - deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et