Modern.az

Keçmiş məhkumlar həbsxanaya qayıdır - Cinayət

Keçmiş məhkumlar həbsxanaya qayıdır - Cinayət

Aktual

21 İyul 2023, 11:46

Bakıda quldurluq hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 18 radələrində M.Xiyabani küçəsində yerləşən marketlərin birində işçini kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan ətriyyat məhsulları talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Əzimzadə, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar Anar İmamquliyev və İlkin Mehrabov saxlanılıblar.

 

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et