Hindistanlı bacı-qardaş xəstəlikdən əziyyət çəkir. Azad Sinqh Yadav və onun bacısı Lakşmi 5 yaşlarında olanda onların orqanizmlərində böyümə prosesləri dayanıb. O vaxtdan bəri bacı-qardaşın zahiri görkəmi əsla dəyişmir. Hindistanın Haryan şəhərində yaşayan bacı-qardaş cinsi yetkinliyə də çatmayıblar. Boyu cəmi 90 sm olan Azad universitetə daxil olmaq, ingilis dili və riyaziyyatı öyrənmək istəyir. Qardaşından 8 sm hündür olan Lakşmi isə orta məktəbi başa vurur.
Həkimlərin dediklərinə görə, biçarə bacı-qardaş ömürlərinin sonunadək uşaq vücudunda qala bilərlər. Onların atası Bahadur Sinqh, anası Mancu Bala və 12 yaşlı bacıları Saman normal insanlardır.
Heç böyüməyəcək uşaqlar arasında 8 yaşında olan Qabbi Viliams Montanada yaşayır. Nadir xəstəliyin daşıyıcısı olan Qabbi həm də fiziki qüsurludur. Belə ki, onun gözü görmür, qulağı eşitmir.
5 milyonda bir rast gəlinən xəstəliyin Braziliyada da daşıyıcısı var. Belə ki, Braziliyada yaşayan bir qız uşağının illərdir ki, görkəmində heç bir dəyişiklik olmasa da, hazırda onun 31 yaşı var.
40 yaşında olan Nik Friman da xəstəliyi səbəbindən 10 yaşındakı uşaqdan fərqlənmir.
Hazırladı: Gültəkin ƏLƏSGƏR