Modern.az

Zəlzələdən sonra qala divarlarını üzə çıxması xəbəri yalandır - VİDEO

Zəlzələdən sonra qala divarlarını üzə çıxması xəbəri yalandır - VİDEO

8 Dekabr 2023, 16:36

Sosial şəbəkələrdə Qaradağ rayonunda Otman Bozdağ vulkanının yaxınlığında qala divarlarının üzə çıxması ilə bağlı video yayılıb.

 

Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları əraziyə baxış keçirib.

 

Məlum olub ki, aşınma nəticəsində üzə çıxan daşlar tikinti effekti yaradıb. Ərazidə tarixi, arxeoloji əlamət daşıyan hər hansı mədəniyyət nümunəsinin qalıqları müşahidə olunmayıb. Qala divarlarının olduğu iddia edilən yerin təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müəyyən edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək