Modern.az

Özbəkistan universitetlərində Azərbaycan dili fənni tədris olunur

Özbəkistan universitetlərində Azərbaycan dili fənni tədris olunur

Diaspor

6 Fevral 2024, 13:44

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsində Azərbaycan dilinin tədrisinə başlanılıb.

 

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib ki, bu istiqamətdə aparılan uzun müddətli işlər öz müsbət nəticəsini verib. Azərbaycan dili dərsləri özbək tələbələri tərəfindən maraqla qarşılanıb. 

 

Azərbaycan əlifbası, qrammatikası və öyrənilmə metodikasının tədris olunduğu dərsləri Azərbaycandan gəlmiş təcrübəli mütəxəssis-pedaqoq Mətanət Xudiyeva aparır. Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.

 

Azərbaycan Mədəniyyət Mərkəzi yaxın gələcəkdə Özbəkistan Universitetlərində Azərbaycan ədəbiyyatı və Azərbaycan tarixi fənlərinin tədrisinin həyata keçirilməsini də planlaşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok