Modern.az

Diaspor nümayəndələri Rusiyada səs verir - VİDEO

Diaspor nümayəndələri Rusiyada səs verir - VİDEO

Diaspor

7 Fevral 2024, 12:56

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Respublika ərazisində olduğu kimi, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız da səsvermədə iştirak edirlər.

 

Modern.az xəbər verir ki, Rusiyanın Srevdlovski vilayətinin Yekaterinburq şəhərində də azərbaycanlılar səs veriblər.

 

Səsvermədə iştirak edən şəxslərdən biri - İlyas Həsənov seçkilərlə bağlı deyib: “Bugünkü seçkilərdə ölkə hüdudlarından kənarda, Yekaterinbura şəhərində olsam da, səs vermədə iştirak edirəm. Öz namizədimə səs verəcəm".

 

Əslən Qarabağdan olan digər həmyerlimiz səfirlik əməkdaşlarına təşəkkür edib:

 

“Qarabağlı olaraq, səs verməyə gəlmişəm. Allah millətimizi, dövlətimizi uca eləsin. Səfirliyin bütün işçilərinə minnətdaram. Hamısı sağ olsunlar, kömək edirlər”.

 

Səbuhi Səlimov adlı soydaşımız da diaspor və səfirliyin şəffaf seçki üçün şərait yaratdığını söyləyib: “Yekaterinburq şəhərində yaşayıram. Diasporun üzvüyəm. Bu gün Azərbaycanda keçirilən seçkilərdə iştirak edirik. Allah Azərbaycanımızı var eləsin! Diaspor və səfirliyə də minnətdaram ki, şəffaf şəraitdə seçkilərin keçirilməsinə şərait yaradır”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok