Modern.az

Qurban Qurbanov “Qarabağ”dan ayrılır? - Özündən açıqlama

Qurban Qurbanov “Qarabağ”dan ayrılır? - Özündən açıqlama

İdman

15 Mart 2024, 16:13

“Qarabağ”dan ayrılmaq istəmirəm.

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov həm özünə, həm də futbolçularına Avropa klublarının maraq göstərməsinə münasibət bildirərkən deyib.

 

“Açığı, hazırda komandamı dəyişmək barədə fikirləşmirəm. Mənim özümə yox, Azərbaycana marağın olmasına sevinirəm. Bu komanda haqqında danışılırsa, oyunçularına diqqət ayrılırsa, deməli, onların harada, hansı çempionatda oynamaları ilə maraqlanırlar. Mən özüm “Qarabağ”a çox bağlıyam, sadiqəm. O ki qaldı futbolçulara, həmişə uğur qazanan heyəti qoruyub saxlamaq istəmişik. Təəssüf ki, bəzən alınmayıb. Bunun da faydası olub. Avropa futbolunun “transfer bazarı”na girmək böyük uğurdur. Oyunçularımızla maraqlanırlarsa, bunun bizə gələcəkdə ancaq xeyri dəyəcək. Bizdən asılı olan hər şeyi etmişik”, - deyə Qurban Qurbanov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir