Modern.az

Bu adamlar xaricdən gətirilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır - Deputat

Bu adamlar xaricdən gətirilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır - Deputat

Parlament

5 Aprel 2024, 13:17

“Azərbaycan əleyhinə iş aparanlar, ölkəmizdə silahlı münaqişəyə, vətəndaş qarşıdurmasına çağıranlar, Azərbaycanın işinə böhtan atanlar var. Dünyada ekstradisiya olunma daha da ciddiləşdirilməlidir”.


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib. 


“Bəziləri qeyd edirlər ki, guya ermənilərin Xankəndidə və başqa yerlərdə qalan əmlakı dağıdılır. Hansı ki, hamısı möhürlənib və qorunur. Bu adamlar xaricdən gətirilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmin dövlətlər qarşısında kəskin mövqeyimizi qoymalıyıq. Rusiya ayrı-ayrı dövlətlər qarşısında kəskin məsələ qoyub ki, terror törədənlər və ona dəstək verənlər ekstradisiya olunmalıdır. Biz də bu məsələni qaldırmalıyıq. Siz bu cür mənəvi terrorla məşğul olanlara himayəçilik edirsizsə, biz də sizinkilərə o cür himayəçilik edəcəyik”,-deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir