Modern.az

Siqaret istehsalı ilə bağlı reyestr yaradılır

Siqaret istehsalı ilə bağlı reyestr yaradılır

Parlament

6 Aprel 2024, 11:11

Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsində öz əksini tapıb.

 

Azərbaycan Respublikasında tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin subyektlərin müraciəti əsasında qeydiyyata alınacaq.

 

Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

 

Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, Reyestrin aparılması qaydası və Reyestrin əsasnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

 

Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində  yerləşdirilməklə müntəzəm olaraq yenilənir və bu məlumatlar istifadəçilər üçün açıqdır.

 

Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalı fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə bu Qanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat şərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir