Modern.az

Azərbaycanda məşhur futbolçu ictimaiyyətdən kömək İSTƏDİ

Azərbaycanda məşhur futbolçu ictimaiyyətdən kömək İSTƏDİ

İdman

8 Aprel 2024, 09:32

Azərbaycan milli komandasının və “Neftçi” klubunun sabiq futbolçusu Vadim Vasilyev ictimaiyyətdən kömək istəyib.

Modern.az saytı xəbər verir ki, Vadim bu barədə özünün feysbuk hesabında paylaşım edib.

53 yaşlı keçmiş hücumçu bir müddətdir xəstəlikdən əziyyət çəkir. O, bu il fevral ayında insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin müayinəsindən sonra V.Vasilyevə kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulmuşdu.

V.Vasilyev feysbuk hesabında paylaşım edərək ictimaiyyətdən maddi yardım istəyib və bank kartının nömrəsini yazıb:  4169 7388 8139 5176 

V.Vasilyev Bakıda doğulub-böyüyüb. O, Azərbaycan millisinin heyətində 33 oyun keçirib və 2 qol vurub. O, karyerası ərzində (1993-2007-ci illərdə) “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var