Modern.az

İqlim böhranı yaxın 26 ildə dünya üzrə orta gəliri 20 faiz AZALDACAQ

İqlim böhranı yaxın 26 ildə dünya üzrə orta gəliri 20 faiz AZALDACAQ

Dünya

22 Aprel 2024, 12:44

İqlim böhranı səbəbindən yaxın 26 ildə dünya üzrə orta gəlir beşdə bir qədər azalacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan araşdırmada qeyd olunub.

 

Araşdırma iqlim böhranının yaratdığı ekoloji problemlər və iqtisadiyyat arasında əlaqəni araşdırır. Həmçinin iqlim böhranına qarşı görüləcək tədbirlər və iqlim böhranının yaratdığı ekoloji problemlərin iqtisadi təsiri müqayisə edilir.

 

Araşdırmalara görə, iqlim böhranının yaratdığı ekoloji problemlər qarşıdakı 26 ildə dünyanın orta gəlirini beşdə bir qədər (20 faiz) azaldacaq. Tədqiqat həmçinin göstərir ki, iqlim böhranının qarşısının alınması təşəbbüsləri gəlir səviyyəsinin azalması ilə müqayisədə ekoloji problemlər səbəbindən gəlirlərin azalmasından 6 dəfə çoxdur.

 

Tədqiqatçılar 2049-cu ilə qədər qlobal orta gəlirin azalmasının 19 faiz olacağını müəyyənləşdiriblər. Tədqiqat həm də əsrin ikinci yarısına diqqət yetirir. Mövcud istehsal mexanizmi olduğu kimi davam edərsə, 2100-cü ilə qədər orta gəlir səviyyəsi 60 faiz aşağı düşəcək.

 

Emissiyalar sıfıra yaxınlaşsa, bu əsrin yarısı üçün gəlirlərin azalması 20 faiz səviyyəsində sabitləşəcək. Əvvəlki tədqiqatlar iqlim böhranı və iqtisadi təsirlər haqqında daha optimist mənzərə yaratmışdı. Bu araşdırmaların əksinə olaraq yeni araşdırma Almaniya (-11 faiz), Fransa (-13 faiz), ABŞ (-11 faiz) və Böyük Britaniya (-7 faiz) kimi ölkələrdə 2050-ci ilə qədər orta gəlirin azalmağa başladığını göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!