Modern.az

Lerikdə dağ uçqunu - Kəndin yolu bağlandı

Lerikdə dağ uçqunu - Kəndin yolu bağlandı

17 May 2024, 17:30

Lerikdə dağ uçqunu olub.

 

Modern.az xəbər verir ki, Lerik rayonunun mərkəzindən 18 km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub.

 

Dağdan düşən iri qaya parçası yolu bağlayıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.(APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?