Azərbaycanda təxminən 5 min İran vətəndaşı yaşayır.
Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi saytında məlumat verilib. Məlumatda qeyd olunub ki, Azərbaycanda yaşayan iranlıların sayı hələlik dəqiq bilinmir.
“Azərbaycanda yaşayan iranlıların sayı dəqiq məlum olmasa da, bu ölkədə olan iranlı tələbələr, tacirlər və digər təbəqələri nəzərə alanda Azərbaycan Respublikasında olan iranlıların ümumi sayını 5 min nəfər təxmin etmək olur”-deyə bildirilib.
Aqşin Kərimov