Modern.az

Döyülən jurnalist: “Mənim qətlimə göstərişi prezident verib”

Döyülən jurnalist: “Mənim qətlimə göstərişi prezident verib”

8 Yanvar 2014, 16:35


Modern.az
Ukrayna mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən ölümcül döyülən məşhur ukraynalı jurnalist Tatyana Çernovol özünə gəlib və ifadə verib. O, ifadəsində bildirib ki, döyülmə əmrini Ukrayna prezidenti Viktor Yanukovic verib.

Jurnalistin sözlərinə görə, o, Yanukoviçin “qara siyahısı”nda olub. “Aldığım zərbələrdən huşumu itirmişdim. Onlar artıq öldüyümü sanıb qaçdılar”.

Xatırladaq ki, T. Çernovol 2013-cü il dekabrın 25-də 3 nəfər kişi tərəfindən döyülüb.

Könül Qidayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir