Modern.az

Avtomobildən külli miqdarda pul oğurlayan silahlı dəstə tutulub

Avtomobildən külli miqdarda pul oğurlayan silahlı dəstə tutulub

20 May 2010, 11:27

Bakı şəhərində polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda qarət həyata keçirən silahlı dəstə yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumatına görə, oğurluqda təqsirli bilinən dəstənin üzvləri Muxtar  Məmmədov, Elmir Sadıqov, Anar Quliyev və Rövşən Rüstəmovdur. Aprelin 7-də Bakı şəhər sakini Qüdrət Şükürov Nizami RPİ-nin 23-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus olan "Range Rover" markalı maşından, şüşəni sındırmaq yolu ilə, 100 min ABŞ dolları və 60 min manat oğurlayıblar. Aparılan araşdırmalar nəticəsində Elmir Sadıqovdan AKM və AKSU markalı avtomatlar, səsboğucusu ilə birlikdə "Bereta" markalı tapança, 3 ədəd sandıqçası ilə birlikdə 77 ədəd patron, 1 ədəd tapança patronu, 51 600 ABŞ dolları və 20 600 manat aşkar olunub. Anar Quliyevdən 0,216 qram, Rövşən Rüstəmovdan isə 0,212 narkotik vasitə olan heroin aşkarlanıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir