Modern.az

Medvedev: “Obamadan sonra sanksiyalar unudulacaq”

Medvedev: “Obamadan  sonra sanksiyalar unudulacaq”

Təhsil

20 May 2014, 12:13


“Mən əminəm ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bir müddətdən sonra qüvvəsini itirəcək. Bu, ABŞ-a yeni prezident seçilən kimi baş verəcək”.

Modern.az rus  mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dimitri Medvedev bildirib. Onun sözlərinə görə ABŞ prezidenti Baraka Obamanı başqa bir dövlət başçısı əvəzləyən kimi, Ağ Evin Rusiyaya qarşı sanksiyaları yaddan çıxacaq. “Sovet İttifaqı ilə ABŞ arasındakı münasibətlərin gərgin olduğu vaxtlarda, xüsusilə Karib böhranı zamanı rəsmi Vaşinqton sanksiyalar tətbiq etməyib. İndi isə ABŞ və onun Avropadakı partnyorları Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Onlar beynəlxalq münasibətləri korlayırlar. Onların sanksiyaları ilə bizə müəyyən məhdudiyyətlər yaranır, amma bu Rusiya iqtisadiyyatı üçün faciə deyil”.

Baş nazir vurğulayıb ki, Rusiya təbii ehtiyatlarla zəngin ölkə olduğundan sanksiyalara davam gətirəcək.  

Qeyd edək ki, Krımın Rusiyaya birləşməsindən sonra Qərb rəsmi Moskvaya sanksiyalar tətbiq edib.  

 Aqşin Kərimov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir