Modern.az

“Azerspace-1” yeni türk kanalları yaymağa başladı

“Azerspace-1” yeni türk kanalları yaymağa başladı

İqtisadiyyat

19 Sentyabr 2014, 11:19



Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ölkənin ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yeni türk kanallarının yayımına başlayıb. Bu barədə Modern.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Açıqlamda “Azərkosmos”dan alınan məlumata əsasən, hazırda “Azerspace-1” üzərindən 11046-H (EU) tezliyində Türkiyənin “Kanal D”, “Star TV”, “TV 8”, “ATV”, “Show TV” kanalları yayımlandığı bildirilib.

Qeyd edək ki, hazırda “Azerspace-1” üzərindən yerli “Azərkosmos” və “Teleradio” yayım paketləri ilə yanaşı, “İveriaSat”, “UKRKOSMOS”, “Əfqan”, “USA” yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır. 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…