AzTV-nin «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində «İngiloylar» sənədli televiziya filminin istehsalı başa çatıb.
Azərbaycan Teleradio Verilişləri QSC-nin
mətbuat xidməti
ndən Modern.az-a bildirilib ki, film Azərbaycanın ən qədim əhalisindən olan ingiloyların tarixi, mədəniyyəti, adət və ənənələrinə həsr olunub. Çəkilişlər Zaqatala rayonunun Əliabad və Qax rayonunun Qax-İngiloy qəsəbələrində aparılıb. F
ilmin ssenari müəllifi Zərnişan İnqilabqızı, rejissoru Elşən Zeynallı, operatoru Mətləb Yaqubovdur.