Modern.az

İŞİD ayda nə qədər insanı öldürür - AÇIQLAMA

İŞİD ayda nə qədər insanı öldürür - AÇIQLAMA

Təhsil

22 Oktyabr 2015, 18:05


İslam Dövlətinin (IŞİD) son üç ayda min dəfədən çox hücum edərək təxminən 3 min nəfəri öldürdüyü bildirilib.

Modern.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəzi Londonda yerləşən IHS Janesaraşdırma təşkilatının hazırladığı məruzədə, İŞİD-in gündəlik hücumlarının iyul-sentyabrda əvvəlki dövrə nisbətən 42 faiz artdığı və təşkilatın gündə orta hesabla 11,2 hücum həyata keçirdiyi bildirilir.

Aprel-iyun dövründə təşkilatın gündə orta hesabla 8,3 hücum həyata keçirdiyi də hesabatda vurğulanır. 3 ayda cəmi 1086 hücum təşkil edən İŞİD-in  2978 nəfəri öldürdüyü qeyd edilən hesabatda ölü sayının əvvəlki üç aylıq dövrə nisbətən 65,3 faiz artdığı da qeyd edilir.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et