Modern.az

Hərbi maşın qəzaya uğradı- 1 əsgər yaralanıb

 Hərbi maşın qəzaya uğradı- 1 əsgər yaralanıb

Təhsil

30 Oktyabr 2015, 21:05

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.

  Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.  

M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.  

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.  

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et