Modern.az

İsrail nümayəndə heyətinin rəhbəri Nəsimi və Xətaidə seçkiləri izlədi

İsrail nümayəndə heyətinin rəhbəri Nəsimi və Xətaidə seçkiləri izlədi

Təhsil

1 Noyabr 2015, 12:47



İsrail Knessetinin deputatı, İsrail nümayəndə heyərinin rəhbəri Aviqdor Liberman
bu gün Xətai və Nəsimi rayonlarında parlament seçkilərinin gedişatını izləyib. Modern.az xəbər verir ki, İsrail nümayəndə heyətinin rəhbəri4 deputatla bərabər 22 saylı Nəsimi İkinci və 34  saylı Xətai İkinci Seçki dairələrində səsvermənin gedişatını izləyib. Onun sözlərinə görə, nümayəndə heyətinə daxil olan bir neçə deputat isə paytaxtdan kənarda səsvermə prosesini izləyir.

Aviqdor Liberman “Bizim ev - İsrail” partiyasının lideridir. Tanınmış siyasətçi 2013-2015-ci illərdə İsrailin xarici işlər naziri olub.

Elmin NURİ  
Telegram
Hadisələri anında izləyin!
Keçid et